Siyasət

Zəngəzur dəhlizi yeni imkanlar yaradır - Hikmət Hacıyev

16 Feb 2026, 14:09 2 baxış
Zəngəzur dəhlizi yeni imkanlar yaradır - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Serbiyanın interregional əməkdaşlığı ilə bağlı paylaşım edib.


Axar.az xəbər verir ki, diplomat bu barədə X sosial media hesabında yazıb.


“Azərbaycan və Serbiya strateji tərəfdaşlar və yüksələn orta güclər kimi interregional əməkdaşlıqda da mühüm rol oynayırlar – Azərbaycan Cənubi Qafqazda/daha geniş Xəzər hövzəsində, Serbiya isə Balkanlarda yerləşir.


Zəngəzur Dəhlizi/TRIPP təşəbbüsü Daha Geniş Xəzər/Mərkəzi Asiya ilə Balkan regionları arasında əlaqəliliyin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər