Siyasət
Aleksandar Vuçiç Prezident İlham Əliyevə təşəkkür etdi - VİDEO
Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək təşəkkürünü bildirib.
Oxu.Az xəbər verir ki, Aleksandar Vuçiç çıxışında bu fikirləri qeyd edib: "Bu səfərə görə təşəkkürümü bildirirəm. Bilirəm ki, sizin səfərinizin proqramı çox sıxdır və istəyərdik ki, siz burada özünüzü evinizdəki kimi hiss edəsiniz. Və adətən bizim dostlarımız söyləyirlər ki, belə bir yağış yağanda, bu, yaxşı bir əlamətdir. Hətta belə bir hava şəraitinə baxmayaraq, biz əlimizdən gələni edirik ki, səfəriniz uğurla keçsin. Və bu, təbii ki, Azərbaycan və Serbiya arasında münasibətlərin gələcəyi ilə bağlı olan məsələdir. Mən sizə və Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, Serbiya xalqı qarşısında və Azərbaycan xalqı qarşısında hər zaman görüşlərdə çıxış edəndə müxtəlif sahədə olan məsələləri müzakirə edirik. Və yaradılmış bu fürsətə görə sizə təşəkkürümü bildirirəm. Siz, sizdə olan məlumatlarla mənimlə bölüşürsünüz və belə bir münasibətlərin qurulması mənim fikrimcə onu göstərir ki, sizin və bizim ölkələrimizin bir çox ortaq dəyərləri var".

Mənbə
oxu.az