Digər

Gələcək üçün açıq-aydın planlarımız var - Prezident

15 Feb 2026, 19:11 2 baxış
Gələcək üçün açıq-aydın planlarımız var - Prezident

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçlə mətbuata bəyanatında iki ölkənin gələcəklə bağlı planlarından danışıb.


Axar.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:


“Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Bunlar həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər