Digər

Britaniyada aviaşou zamanı təyyarə qəzaya uğradı

17 Aug 2026, 00:27 3 baxış
Britaniyada aviaşou zamanı təyyarə qəzaya uğradı

İngiltərənin Esseks qraflığında keçirilən aviaşou zamanı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot ağır xəsarət alıb.


Axar.az-ın "The Sun" qəzetinə istinadən məlumatına görə, hadisə 16 avqustda günün ikinci yarısında hərbi muzeyin yerləşdiyi tarixi "Stow Maries Aerodrome" aerodromunda baş verib.


Yaralı London xəstəxanasına aparılıb. Qəzetin məlumatına görə, tamaşaçılar və ya digər iştirakçılar xəsarət almayıb.


Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər