Digər
İran vurduğu ABŞ qırıcı və dronlarını nümayiş etdirdi - Foto
İran hava hücumundan müdafiə bölmələri hərbi əməliyyatlar zamanı vurulan ABŞ-a məxsus döyüş texnikaları nümayiş etdirilib.
Axar.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, İranın hava hücumundan müdafiə bölmələri tərəfindən vurulan F-15E Strike Eagle qırıcı-bombardmançı təyyarəsi, MQ-9 Reaper və MQ-1C Gray Eagle PUA-ları, BƏƏ istehsalı Yabhon H kamikadze dronları, eləcə də AGM-158 JASSM qanadlı raketləri olub.
Nümayiş etdirilən texnikalar arasında martın 4-də vurularaq ələ keçirilən, 923 seriya nömrəli, zədələnməmiş "Hermes 900" pilotsuz uçuş aparatı da olub.
Mənbə
axar.az