Dünya

Britaniyada təyyarə qəzaya uğradı, pilot ağır yaralandı

17 Aug 2026, 00:24 3 baxış
Britaniyada təyyarə qəzaya uğradı, pilot ağır yaralandı
Yüngülmühərrikli təyyarə İngiltərənin Esseks qraflığında keçirilən aviaşou zamanı qəzaya uğrayıb, pilot ağır xəsarət alıb. Oxu.Az "The Sun" qəzetinə istinadən xəbər verir ki, hadisə avqustun 16-da günorta saatlarında hərbi muzeyin yerləşdiyi tarixi "Stow Maries" aerodromunun ərazisində baş verib. Yaralı pilot London xəstəxanalarından birinə çatdırılıb. Nəşrin məlumatına görə, aviaşounun tamaşaçıları və digər iştirakçıları arasında xəsarət alan olmayıb. Qəzanın səbəbləri hələlik məlum deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər