Digər
1453-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1453-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 114 297 PUA-sı, 650 zenit-raket kompleksi, 27 704 tank və digər zirehli texnikası, 1 664 reaktiv yaylım atəş sistemi, 33 296 artilleriya və minaatanı, 54 456 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az