Digər

Donetsk üçün faciə: Puşilinin xahişini Kreml rədd etdi

15 Feb 2026, 13:08 2 baxış
Donetsk üçün faciə: Puşilinin xahişini Kreml rədd etdi

Donetsk "respublikasının" qondarma rəhbəri Denis Puşilin 150 min əhalinin təxliyə olunmasını Moskvadan xahiş edib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.


Məlumata görə, Puşilin baş nazirin müavini Marat Xusnullinlə görüşdə yaya doğru bəzi Donetsk sakinlərinin təxliyəsi ilə bağlı xahişini bir daha təkrarlayıb.


“Puşilin bu yay Donetskdə su təchizatının zəif olacağında israr edir və onun fikrincə, insanlar bu vəziyyətdə ölə, xəstələnə bilər və ona görə də ən azı 150 min insanın təxliyəsini xahiş edir. Kreml isə onun xahişini rədd edib və Donetsk əhalisinin təxliyə olunmasını qadağan edib”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər