Siyasət

12 trilyon dollarlıq sövdələşmə - "Dmitriyev planı" sülhün qiymətidir, yoxsa geosiyasi tələ?

14 Feb 2026, 01:54 2 baxış
12 trilyon dollarlıq sövdələşmə - "Dmitriyev planı" sülhün qiymətidir, yoxsa geosiyasi tələ?
Müasir dünya tarixində 12 trilyon dollar həcmində iqtisadi əməkdaşlıq paketi faktiki olaraq mövcud olmayıb. "Bloomberg"in məlumatına görə, Kreml Donald Tramp Administrasiyasına "Dmitriyev planı" adlandırılan genişmiqyaslı iqtisadi proqram təqdim edib.
Sənəd Ukraynadakı müharibənin mümkün siyasi həllindən sonra Rusiya ilə ABŞ arasında strateji-iqtisadi tərəfdaşlığı nəzərdə tutur. Rəsmi təsdiq yoxdur, amma iddia olunan məbləğ və məzmun geosiyasi oyunun miqyasını göstərir. Bəs "Dmitriyev planı" nədir? Planın adı Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriyevlə əlaqələndirilir. Sənədə görə, Moskva və Vaşinqtonun maraqlarının üst-üstə düşə biləcəyi yeddi əsas istiqamət müəyyən edilib. Rusiyanın mülki aviasiya parkının modernləşdirilməsi və burada ABŞ şirkətlərinin iştirakı; Neft və LNG sektorunda birgə müəssisələr, o cümlədən şelf və mürəkkəb yataqlara investisiyaların qoyuluşu; ABŞ biznesinin Rusiya bazarına imtiyazlı şərtlərlə qayıdışı; Nüvə energetikası və süni intellekt sahəsində əməkdaşlıq; Enerji əməliyyatları da daxil olmaqla dollar hesablaşmalarına qayıdış; Litium, mis, nikel, platin kimi strateji xammalın birgə hasilatı; Qazıntı yanacaqların "aşağı emissiya siyasətinə alternativ" kimi təşviqi.
Mənbə oxu.az

Oxşar Xəbərlər