Siyasət

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? - Prezident açıqladı

13 Feb 2026, 22:32 1 baxış
Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? - Prezident açıqladı
Prezident İlham Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı suala cavabında deyib: "Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib".
Mənbə oxu.az

Oxşar Xəbərlər