Siyasət

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

13 Feb 2026, 22:55 2 baxış
Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

Prezident İlham Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib.


Axar.az xəbər verir ki, dövlət başçısı bununla bağlı suala cavabında deyib:


“Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.

Mənbə axar.az

Oxşar Xəbərlər