Siyasət

Azərbaycan Ukraynaya dəstəyini davam etdirir – Növbəti yardım çatdırıldı

13 Feb 2026, 10:24 2 baxış
Azərbaycan Ukraynaya dəstəyini davam etdirir – Növbəti yardım çatdırıldı
Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım qarşı tərəfə təhvil verilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev sosial media hesabında paylaşım edib. "Azərbaycandan göndərilən generatorlar İrpin şəhərində təhvil verilib. Azərbaycan xalqı və təşkilatları tərəfindən toplanan humanitar yardım Ukraynaya göndərilib və İrpin şəhərinə dəstək məqsədi daşıyır", - deyə səfir bildirib. Qeyd edək ki, Azərbaycan bir neçə dəfə Ukraynaya humanitar yardım göndərib və sonuncu humanitar yardım fevralın 3-də həyata keçirilib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər