Siyasət

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

11 Feb 2026, 18:58 2 baxış
Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

Avropa Şurasının Nazirlər Komitəsi təşkilatın sabiq baş katibi Turbörn Yaqlandın toxunulmazlığının ləğvi barədə qərar qəbul edib.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu qərar Norveç hakimiyyətinin Yaqlanda qarşı korrupsiya ittihamları irəli sürməsi fonunda verilib.


Norveç hökuməti AŞ-yə müraciət edərək Yaqlandın istintaqa cəlb olunması üçün toxunulmazlığının ləğvini xahiş edib.


Yaqlandın adı maliyyəçi Ceffri Epşteyn barədə açılan cinayət işində hallanıb.


"2025-ci ilin noyabrındakı ifşalardan sonra Avropa Şurasının bütövlüyünü və nüfuzunu qorumaq üçün zəruri hesab etdiyim bütün tədbirləri gördüm. Bu işin hallarını aydınlaşdırmaq və mövcud məlumatları yoxlamaq üçün qeyri-rəsmi daxili inzibati araşdırmanın başlanmasını tələb etdim", - Avropa Şurasının fəaliyyətdə olan Baş katibi Alen Berse bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər