Siyasət

Paşinyan: "Ermənistan yaxın günlərdə TRIPP sazişinin layihəsini ABŞ-yə göndərəcək"

11 Feb 2026, 18:22 2 baxış
Paşinyan: "Ermənistan yaxın günlərdə TRIPP sazişinin layihəsini ABŞ-yə göndərəcək"
"Ermənistan yaxın günlərdə ABŞ-yə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) saziş layihəsini göndərəcək". Oxu.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə ABŞ ilə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib. "TRIPP ilə bağlı aşağıdakı qrafikə uyğun davam edəcəyik: yaxın günlərdə TRIPP layihəsi ilə bağlı razılaşma sənədi ilə bağlı fikirlərimizi amerikalı tərəfdaşlarımıza çatdıracağıq. Saziş layihəsi hər iki ölkənin hökumətləri tərəfindən təsdiq edilmiş icra çərçivəsinə əsaslanacaq. Bu da öz növbəsində 8 avqust bəyannaməsinə əsaslanır", - deyə Paşinyan bildirib. Ermənistan lideri qeyd edib ki, layihənin texniki-iqtisadi əsaslandırılması artıq başlayıb. Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər