Siyasət

Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"

11 Feb 2026, 17:33 2 baxış
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib. Dövlətimizin başçısı deyib ki, hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər