İdman
"Qəbələ" Fransa millisinin sabiq oyunçusunu transfer etdi
"Qəbələ" transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə möhkəmləndirib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Qırmızı-qaralar" 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın "Valansyen" klubundan mövsümün sonunadək icarə əsasında transfer edib. Ən son "Valansyen"də çıxış edən fransalı futbolçu bundan əvvəl öz ölkəsində "Reyms", Ukraynada "Vorskla", Belçikada isə "Seren" kimi komandaların formasını geyinib. Sissoko Fransanın U-19 və U-21 yığmalarının tərkibində yer alıb.
Mənbə
oxu.az