İdman

Avropa Açıq Turnirində Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb

11 Feb 2026, 14:56 1 baxış
Avropa Açıq Turnirində Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb
Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa Açıq Turnirində çıxış edəcək Azərbaycan cüdoçularının adları bəlli olub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb. Bildirilib ki, yarışda ölkəmizi beş çəki dərəcəsində yeddi qadın cüdoçu təmsil edəcək. İdmançılara qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər. Heyətdə Şəfəq Həmidova (48 kiloqram), Aydan Vəliyeva, Leyla Əliyeva, Könül Əliyeva (hamısı 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Mədinə Xaysinova (+78 kiloqram) yer alıblar. Fevralın 14-15-də təşkil olunacaq beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq. Qeyd edək ki, turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri - "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və "B" kateqoriyalı beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə ədalət təmsilçiləri arasında yer alacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər