İdman

İspaniya millisinin hücumçusu DÇ-2026-nı buraxacaq

11 Feb 2026, 13:20 1 baxış
İspaniya millisinin hücumçusu DÇ-2026-nı buraxacaq
"Portu"nun ispan hücumçusu Samuel Aqehova futbol üzrə dünya çempionatından (DÇ-2026) kənarda qalacaq. Oxu.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat verib. Məlumata görə, forvard zədə səbəbindən cari mövsümün qalan hissəsini və DÇ-2026-nı buraxacaq. Hücumçu Portuqaliya çempionatının son turunun "Sportinq"lə (1:1) oyununda dizindən ağır zədə alıb və fasilədə əvəzlənib. Qeyd edək ki, İspaniya yığmasının gənc üzvü cari mövsümdə meydana çıxdığı 32 matçda 20 qol vurub və bir məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər