İdman

Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu

11 Feb 2026, 12:24 1 baxış
Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu
ABŞ-nin "Kolumbus Kru" klubuna keçidi rəsmiləşən "Qarabağ"ın və Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadə ölkə futbolunun tarixinə düşüb. Oxu.Az "Qafqazinfo"ya istinadən bildirir ki, gənc forvard yerli oyunçular arasında xarici kluba ən yüksək məbləğə transfer olunan futbolçu adını qazanıb. Belə ki, MLS təmsilçisi 22 yaşlı hücumçu üçün 2.5 milyon avro vəsait ödəyib. Bu vaxta qədər heç bir azərbaycanlı futbolçu üçün belə bir transfer məbləği ödənilməmişdi.
İndiyədək Azərbaycan Premyer Liqasından xaricə ən baha qiymətə satılan yerli oyunçu Şahruddin Məhəmmədəliyev idi. O, 2023-cü ildə 900 min avro qarşılığında Ağdam klubundan Türkiyənin "Adana Dəmirspor" komandasına keçmişdi.
Premyer Liqamızdan legioner həyatı yaşamağa yollanan ikinci ən bahalı futbolçu isə "Qarabağ"ın hücumçusu, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlıdır. O da ötən il "Qarabağ"dan İsveçin "Yuqorden" klubuna transfer edilib. İsveç təmsilçisi bu keçid üçün 500 min avro ödəniş edib.
Azərbaycan çempionatından kənarda çıxış edərkən klub dəyişən azərbaycanlı futbolçuların transfer qiymətləri də Nəriman Axundzadəyə ödənilən məbləğdən geri qalır. 2016/2017-ci illər mövsümündə millimizin almanəsilli, sonradan milliləşdirilən üzvü Deniz Yılmaz "Elazığspor"dan "Trabzonspor"a 1.8 milyon avroya transfer olunub.
Digər milliləşdirilmiş futbolçu Riçard Almeyda isə 2012-ci ildə Braziliyanın "Santo Andre" komandasından "Qarabağ"a 1.28 milyon avro qarşılığında keçid edib.
2023-cü ildə Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubundan Türkiyənin "Kocaelispor" komandasına 800 min avroya transfer edilib.
Azərbaycan futbolunun əfsanəvi isimlərindən olan Vəli Qasımov 1992-ci ildə Moskva "Dinamo"sundan İspaniyanın "Betis" klubuna 600 min avroya keçmişdi.
Anton Krivotsyuk isə 2022-ci ildə Polşanın "Visla Plok" klubundan Cənubi Koreyanın "Daejeon Hana" klubuna 600 min avroya transfer olunub.
Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu
Mənbə oxu.az

Oxşar Xəbərlər