İdman
"Qarabağ" dünya reytinqində doqquz pillə irəlilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının növbəti reytinq siyahısını açıqlayıb. Oxu.Az IFFHS-ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" reytinq cədvəlində doqquz pillə irəliləyərək 60-cı sırada mövqe tutub. 502 komandanın yer aldığı sıralamada Azərbaycanın digər təmsilçilərindən "Sabah" 211-ci (+13), "Zirə" 418-ci (-29), "Araz-Naxçıvan" 468-ci (-12) pillədə qərarlaşıb. Siyahıya Fransanın PSJ klubu başçılıq edir. "Çelsi" (İngiltərə) və "Bavariya" (Almaniya) sonrakı yerləri tuturlar.
Mənbə
oxu.az