İdman

"Ən-Nəsr"də köklü dəyişikliklər gözlənilir: Ronaldu rəhbərliklə razılığa gəldi

11 Feb 2026, 07:02 1 baxış
"Ən-Nəsr"də köklü dəyişikliklər gözlənilir: Ronaldu rəhbərliklə razılığa gəldi
"Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu rəhbərlikdən Ər-Riyad təmsilçisində sabitliyin bərpasına yönəlmiş tədbirlər çərçivəsində əvvəlki idarəetmə səhvlərinin aradan qaldırılacağına dair təminat alıb. Oxu.Az bu barədə "Arriyadiyah" nəşrinə istinadən xəbər verir. Mənbənin məlumatına görə, yaxın günlərdə "Ən-Nəsr" klubun əməkdaşlarına olan borclarını tam şəkildə ödəyəcək. Eyni zamanda inzibati strukturda genişmiqyaslı dəyişikliklərin aparılması gözlənilir. Bu dəyişikliklər çərçivəsində klubun Direktorlar Şurasının sədri Abdulla Əl-Macedin istefası da istisna edilmir. Bundan əlavə, "Ən-Nəsr" dekabr ayında səlahiyyətlərindən məhrum edilmiş direktorlar Joze Semedu və Simau Koutinyonun səlahiyyətlərini bərpa etməyi planlaşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər