İdman

"Çelsi" evdə büdrədi, "Qarabağ"ın növbəti rəqibi "Nyukasl" isə səfərdə "Tottenhem"dən üstün oldu

11 Feb 2026, 01:48 1 baxış
"Çelsi" evdə büdrədi, "Qarabağ"ın növbəti rəqibi "Nyukasl" isə səfərdə "Tottenhem"dən üstün oldu
İngiltərə Premyer Liqasının 26-cı turunun oyunlarına start verilib. Oxu.Az xəbər verir ki, tur "Çelsi" - "Lids" və "Tottenhem" - "Nyukasl" matçları ilə start götürüb. "Stemford Bric" stadionunda "Lids"i qəbul edən "Çelsi" hesabda iki top fərqi ilə irəlidə olsa da, üstünlüyünü qoruya bilməyib. Matç qollu bərabərliklə yekunlaşıb - 2:2.
Digər London təmsilçisi "Tottenhem" isə öz meydanında "Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibi "Nyukasl" ilə bacarmayıb. Matç qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, fevralın 18-də Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" "Nyukasl"a qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər