İdman

Qış Olimpiya Oyunları: Azərbaycanın fiqurlu konkisürəni qısa proqram üzrə çıxış edib

11 Feb 2026, 00:24 1 baxış
Qış Olimpiya Oyunları: Azərbaycanın fiqurlu konkisürəni qısa proqram üzrə çıxış edib
İtaliyanın Milan və Kortina-d Ampezzo şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev çıxış edib. Oxu.Az xəbər verir ki, təmsilçimiz qısa proqramda mübarizə aparıb. Litvintsev 63,63 xalla 13-cü yeri tutub. Qeyd edək ki, yarışda ümumilikdə 29 idmançı iştirak edir. Bu, V.Litvintsevin ikinci Qış Olimpiya Oyunlarıdır. O, 2022-ci ildə keçirilən yarışda 18-ci yerlə kifayətlənmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər