Siyasət

Buna görə Əliyevə böyük təşəkkür düşür - Vens

10 Feb 2026, 20:45 2 baxış
Buna görə Əliyevə böyük təşəkkür düşür - Vens

Biz çalışırıq ki, iki ölkə arasında hər hansı bir toqquşma yenidən başlamasın, xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.


Sülh istiqamətində atılan addımlara toxunan Vitse-prezident əlavə edib:


“Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür”.


Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Ceyms Devid Vens bunu Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər