İdman
Ronaldu azarkeşləri Portuqaliya millisindən üz döndərirlər
Portuqaliya millisinin rəsmi "Instagram" hesabı Kriştianu Ronaldunun yığmanı tərk etməsindən sonra 2 milyondan çox izləyici itirib. Oxu.Az "Sports"a istinadən xəbər verir ki, UEFA Millətlər Liqasında Norveçlə ilk oyundan sonra Portuqaliya millisinin "Instagram" hesabının izləyici say 25 milyondan 22.9 milyona düşüb. Daha əvvəl Ronaldunun Millətlər Liqasında Norveçlə matçda meydana çıxmasına icazə verilməməsi səbəbindən komandanın baş məşqçisi Jorji Jezuşla münaqişə yaşadığı barədə məlumat yayılıb. Portuqaliya Futbol Federasiyasının rəhbəri bundan sonra təcili danışıqlar aparıb və münaqişənin aradan qaldırıldığı bildirilib. Lakin Danimarka ilə oyunöncəsi mətbuat konfransında Jezus Ronaldunun bu qarşılaşmanı da buraxa biləcəyini istisna etməyib. 41 yaşlı Ronaldu milli komandada iki dünya rekorduna sahibdir. O, 146 qolla yığmalar tarixinin ən məhsuldar futbolçusudur və 234 oyunla milli formada ən çox matça çıxan oyunçudur.
Mənbə
oxu.az