Siyasət

ABŞ-nin vitse-prezidenti: "Əminəm ki, sülh sazişinin reallaşması gələcəkdə əmin-amanlıq yaradacaq"

10 Feb 2026, 19:50 2 baxış
ABŞ-nin vitse-prezidenti: "Əminəm ki, sülh sazişinin reallaşması gələcəkdə əmin-amanlıq yaradacaq"
"Biz çalışırıq ki, iki ölkə hansı bir toqquşma yenidən başlamasın xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. Sülh istiqamətində atılan addımlara toxunan vitse-prezident əlavə edib: "Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür". Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Ceyms Devid Vens bunu Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər