İdman
İtaliya klubu türk futbolçu üçün 12 milyon avro ödəyəcək
İtaliyanın "Kalyari" komandası Semih Kılıçsoyun transfer hüquqlarını bütövlükdə əldə etmək niyyətindədir. Oxu.Az-ın məlumatına görə, klub rəhbərliyi gənc hücumçu üçün müəyyənləşdirilmiş 12 milyon avro dəyərindəki təzminat məbləğini ödəməyi qəbul edəcək. Yayılan xəbərlərə əsasən, A Seriyası təmsilçisi Semih Kılıçsoy ilə uzunmüddətli anlaşma əldə etmək və 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalamaq istəyir. Xatırladaq ki, Semih cari mövsümün startında Türkiyənin "Beşiktaş" klubundan icarə əsasında "Kalyari"yə keçmişdi.
Mənbə
oxu.az