İdman
Baş məşqçi: "Nərimanın komandadan getməsi bizim üçün ürəkaçan deyil"
"Nəriman mənə lazım olan futbolçudur, sıx qrafikdə ona ehtiyacım var idi". Oxu.Az xəbər verir ki, bunu Misli Premyer Liqasında keçirilən "Şamaxı" - "Qarabağ" matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, Nərimanın komandadan getməsi klub üçün ürəkaçan deyil: "Nərimanın transferi ilə bağlı danışıqlar ciddi gedir. Sona yaxınlaşırıq lakin qərar tam verilməyib. Onun kimi futbolçunun komandadan getməsi bizim üçün ürəkaçan deyil. Amma son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Çünki o, özündə deyildi. Hər gün fərqli fikirdə idi, qarşısına nəsə çıxırdı, yazılanları oxuyub gəlirdi. Nəriman komandanın ən məhsuldar oyunçulardan biridir. Əgər tam razılıq əldə olunsa gedəcək. Onun getməyinə ehtiyac yarandı ki, özünü toparlasın, öz oyununu yenidən tapsın. Nəriman mənə lazım olan futbolçudur, sıx qrafikdə ona ehtiyacım var idi, amma edəcək bir şey yoxdur. Təki transfer alınsın, onun üçün yaxşı olsun. Böyümək üçün son iki ildə çox əziyyət çəkib. Komandaya faydası çox olub, yaxşı oyunları olub. Ümid edirəm ki, daha yaxşı Nəriman görəcəyik". Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:2 hesablı qələbəsi ilə başa çatıb. Murad Nəsimi
Mənbə
oxu.az