İdman
Mahir Emreli növbəti oyunu buraxacaq
Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Mahir Emreli növbəti oyunu buraxacaq. Oxu.Az xəbər verir ki, millimizin futbolçusu zədəsini sağaltsa da, oynamaq üçün tam hazır deyil. Bu səbəbdən Mahir 2-ci Bundesliqanın XXII turunda "Qröyter Fürt" klubuna qarşı oyunda meydanda olmayacaq. Xatırladaq ki, M.Emreli "Kayzerslautern"ə ötən ilin yay transfer pəncərəsində "Nürnberq"dən keçid edib.
Mənbə
oxu.az