İdman
Qurban Qurbanov "Qarabağ" üçün stadion təmizlədi
Misli Premyer Liqasının XIX turunda keçirilməli olan "Şamaxı" - "Qarabağ" oyunundan əvvəl maraqlı hadisə qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli paylaşım edib. Belə ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov stadiondakı qartəmizləmə işlərində iştirak edib. Həmin videonu təqdim edirik:
Qeyd edək ki, güclü qar səbəbindən Misli Premyer Liqasının XIX turunda keçirilməli olan "Şamaxı" - "Qarabağ" oyununun başlama saatı dəyişib. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start götürəcək.

Mənbə
oxu.az