İdman
Yapon fiqurlu konkisürənlər Olimpiadada podiumun səthindən şikayətlənirlər
Yaponiya yığması İtaliyada keçirilən Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışlarının mükafatlandırma mərasimində podiumun örtüyü ilə bağlı şikayət edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalist Ceki Vonq "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib. "Yaponiya yığması podiumlara, daha dəqiq desək, onların örtük materialına dair rəsmi şikayət təqdim edib", - deyə o yazıb. Komanda yarışları bazar günü başa çatıb. Komanda turnirində ABŞ yığması qalib gəlib, Yaponiya komandası isə ikinci olub. Mükafatlandırma mərasimindən sonra məlum olub ki, podiumda yumşaq örtük olmadığı üçün amerikalı fiqurlu konkisürənlər konkilərinin bıçaqlarını yenidən itiləməli olublar. Bu hal bıçaqlarda cızıqların və zədələrin yaranmasına səbəb olub. Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Mənbə
oxu.az