İdman
Türkiyə Superliqası: "Fənərbağça" növbəti qələbəsini qazandı
Türkiyə Superliqasının 21-ci turunda "Fənərbağça" - "Gənclərbirliyi" matçı keçirilib. Oxu.Az xəbər verir ki, qarşılaşma İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qalibiyyət nəticəsində xal ehtiyatını 49-a yüksəldən "Fənərbağça" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Gənclərbirliyi" isə 22 xalla 11-ci yerdədir. 52 xala malik "Qalatasaray" lider mövqeyini qoruyur.
Mənbə
oxu.az