İdman

Premyer Liqa: "Turan Tovuz" "Karvan-Yevlax"a qalib gəldi

09 Feb 2026, 20:34 1 baxış
Premyer Liqa: "Turan Tovuz" "Karvan-Yevlax"a qalib gəldi
Misli Premyer Liqasının XIX turunda "Turan Tovuz" autsayder "Karvan-Yevlax"a qalib gəlib. Oxu.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan matç Tovuz kollektivinin 1:0 hesablı qələbəsi ilə bitib.
Qolu 15-ci dəqiqədə penalti zərbəsindən Alexandro Serrano vurub. Ehtiyatda daha bir matçı olan "Turan Tovuz" 33 xalla turnir cədvəlində 3-cü sırada yer alıb. "Karvan-Yevlax" altı xalla 12-cidir. Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq. Turun əvvəlki oyunlarında "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. "İmişli" - "Kəpəz" qarşılaşmasında hesab açılmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər