İdman
“Qalatasaray”ın yetirməsi Azərbaycan klubunda
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Axar.az-a verilən məlumata görə, paytaxt təmsilçisi Ərən Aydını transfer edib. Türkiyəli hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan 21 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.
Mənbə
axar.az