İdman

"Qalatasaray"ın ÇL üçün iştirak ərizəsi açıqlandı: Yeni transferlərlə bağlı gözlənilməz qərar verildi

06 Feb 2026, 15:20 1 baxış
"Qalatasaray"ın ÇL üçün iştirak ərizəsi açıqlandı: Yeni transferlərlə bağlı gözlənilməz qərar verildi
"Qalatasaray"ın UEFA Çempionlar Liqası (ÇL) üçün yenilənmiş iştirak ərizəsi açıqlanıb. Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, UEFA-ya təqdim edilən siyahıda iki yeni transfer yer almayıb. "Sarı-qırmızılar"ın qış transfer pəncərəsi dövründə heyətinə qatdığı Noa Lanq, Yaser Asprilla və Saşa Boey ərizəyə salınıblar. Yeni transferlərdən Renato Nyaqa və Can Armando Güner isə iştirak ərizəsinə daxil edilməyiblər. Qeyd edək ki, "Qalatasaray" ÇL-in 1/8 finalına vəsiqə uğrunda pley-off oyunlarında İtaliya "Yuventus"u ilə qarşılaşacaq. İlk matç fevralın 17-də İstanbulda baş tutacaq.
"Qalatasaray"ın ÇL üçün iştirak ərizəsi açıqlandı: Yeni transferlərlə bağlı gözlənilməz qərar verildi
Mənbə oxu.az

Oxşar Xəbərlər