İdman
Fransalı xizəkçi Argentinada qar uçqunu nəticəsində həlak oldu
Fransalı frirayd xizəkçisi Jülyett Vilmann Argentinada qar uçqunu nəticəsində 30 yaşında həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "Le Dauphine" qəzeti məlumat yayıb. Mənbənin məlumatına görə, hadisə Serro-Kreston dağında baş verib. İdmançı hadisə yerində həlak olub. Vilmann "Freeride World Qualifier" (FWT) frirayd yarışlarında iştirak edib. O, 2021-ci ildə FWT dünya turunun ümumi sıralamasında dördüncü yeri tutub.
Mənbə
oxu.az