İdman

"Qarabağ" Çempionlar Liqasındakı iştirak ərizəsini açıqladı - Heyətdə dəyişiklik edildi

06 Feb 2026, 12:30 1 baxış
"Qarabağ" Çempionlar Liqasındakı iştirak ərizəsini açıqladı - Heyətdə dəyişiklik edildi
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" komandası ilə üz-üzə gələcək "Qarabağ" klubu iştirak ərizəsində dəyişiklik edib. Oxu.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətindən bildirilib. Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəzləyib. "Köhlən atlar"ın yeni transferi Jeremi Qnali isə heyətdə yer almayıb. "Qarabağ"ın UEFA Çempionlar Liqası üçün iştirak ərizəsi: Qapıçılar 89. Amin Ramazanov 97. Fabiyan Buntiç 99. Mateuş Koxalski Müdafiəçilər 2. Mateus Silva 3. Sami Mmae 13. Bəhlul Mustafazadə 18. Dani Bolt 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 55. Bədavi Hüseynov 81. Kevin Medina Yarımmüdafiəçilər 8. Marko Yankoviç 9. Joni Montiel 10. Abdullah Zubir 15. Leandro Andrade 20. Kadi Borges 21. Aleksey Kaşuk 27. Toral Bayramov 32. Hikmət Cəbrayılzadə 35. Pedro Bikalyo Hücumçular 7. Nəriman Axundzadə 11. Emmanuel Addai 17. Kamilo Duran 22. Musa Qurbanlı "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Xatırladaq ki, Kadi Borgesin adı noyabrda zədələndiyi üçün iştirak ərizəsindən çıxarılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər