İdman
Türkiyə Kuboku: "Fənərbağça"dan əzmkar qələbə
Türkiyə Kubokunun qrup mərhələsinin C qrupunda "Fənərbağça" - "Ərzurumspor" matçı keçirilib. Oxu.Az xəbər verir ki, üçüncü turun oyunu İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb. Hesabda 0:1 geridə olmasına baxmayaraq, "Fənərbağça" ardıcıl üç dəfə fərqlənərək oyundan qalib ayrılıb - 3:1. Üç turdan sonra "Fənərbağça" altı xalla üçüncü, "Ərzurumspor" isə üç xalla altıncı pillədə qərarlaşıb.
Mənbə
oxu.az