İdman

Azərbaycan I Liqa təmsilçisi afrikalı futbolçunu transfer edib

05 Feb 2026, 16:28 1 baxış
Azərbaycan I Liqa təmsilçisi afrikalı futbolçunu transfer edib
Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" klubu heyətinə daha bir legioner futbolçu qatıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub Kot-d'İvuardan olan Alassane Kulibali ilə müqavilə imzalayıb. 24 yaşlı hücumçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Kulibali son olaraq ölkəsinin "AFAD-Pleteau" klubunda çıxış edib. Xatırladaq ki, "Şahdağ Qusar" daha əvvəl anqolalı Aqostinyo Çipesseni transfer edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər