İdman

"Qarabağ" "Şamaxı"ya da uduzdu

05 Feb 2026, 16:45 1 baxış
"Qarabağ" "Şamaxı"ya da uduzdu

Azərbaycan kubokunda 1/4 finalın ilk oyunları davam edir.


Axar.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib. "Qarabağ" Şamaxıda eyniadlı komandanın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.


"Şamaxı"nın heyətində Kərim Rossi dulb edib. Ağdam klubunun yeganə qoluna isə Musa Qurbanlı imza atıb.


1/4 finalın ilkin oyunlarına bu gün yekun vurulacaq. Son maçtda "Turan Tovuz" "Kəpəz"lə üz-üzə gələcək. Saat 19-da başlayacaq görüş Bakıdakı "Azərsun Arena"da keçiriləcək.


Azərbaycan kuboku: 1/4 final, ilk oyunlar


5 fevral


"Şamaxı" - "Qarabağ" 2:1


Qollar: Kərim Rossi, 26; 41 - Musa Qurbanlı, 79.


19:00 "Turan Tovuz" - "Kəpəz".

Mənbə axar.az

Oxşar Xəbərlər