İdman

Pol Poqba Çempionlar Liqası heyətindən kənarlaşdırıldı

05 Feb 2026, 12:28 1 baxış
Pol Poqba Çempionlar Liqası heyətindən kənarlaşdırıldı
Pol Poqba komandasının UEFA Çempionlar Liqası heyətindən kənarlaşdırılıb. Oxu.Az xəbər verir ki, "Monako" klubu futbolçunun zədəsi səbəbindən belə qərar verib. Klubun direktoru Tiaqo Skuro açıqlamasında Poqbanın yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı dəqiq cavabın olmadığını qeyd edib: "Tibbi bölməmiz futbolçunun geri qayıtması üçün həll yolları tapmağa çalışır. İlk olaraq Poqbanın meydançaya qayıtmağı, daha sonra isə fiziki formasının bərpası üçün məşqlər etməsi lazım olacaq". Qeyd edək ki, fransız futbolçu ötən ilin yayından "Monako"da çıxış edir. Bu mövsüm Fransa liqasında üç oyun keçirib və qol vurmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər