İdman

"Atletiko Madrid" ABŞ-dən 20 yaşlı oyunçu transfer etdi

03 Feb 2026, 16:08 1 baxış
"Atletiko Madrid" ABŞ-dən 20 yaşlı oyunçu transfer etdi
"Atletiko Madrid" klubu daha bir futbolçunun transferini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Belə ki, 20 yaşlı yarımmüdafiəçi Obed Qomes Varqas komandanın heyətinə qatılıb. ABŞ-nin "Siettl Saunders" komandasından transfer olunan futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. Qeyd edək ki, daha əvvəl "Atalanta" klubundan Ademola Lukman "Atletiko Madrid"ə transfer edilib.
"Atletiko Madrid" ABŞ-dən 20 yaşlı oyunçu transfer etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər