İdman

Biz kiçik ölkəyik, favorit Azərbaycandır - Fünfştük

30 Sep 2026, 20:52 7 baxış
Biz kiçik ölkəyik, favorit Azərbaycandır - Fünfştük

Üç gün əvvəl yoxlama görüşündə Malta ilə oynadıq. Qarşıdakı matçı səbirsizliklə gözləyirik. Yaxşı hazırlaşmışıq. Düşünürəm ki, qənaətbəxş nəticə əldə edə bilərik. Azərbaycanın Litva ilə oyununu təhlil etmişik. Azərbaycan bizimlə oyunun favoritidir, amma sabah hər şeyin necə olacağını görəcəyik.


Axar.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük deyib.


Fünfştük Lixtenşteyn millisində hazırda da peşəkar futboldan başqa işlə məşğul olan oyunçuların olduğunu bildirib:


“25 il əvvəlki vəziyyət bu gün də demək olar ki, eynidir. Futboldan başqa peşəsi olan çoxlu oyunçumuz var. Azərbaycanlı futbolçuların isə Çempionlar Liqasında çıxış təcrübəsi var. Biz bunu bilirik.


Biz 40 min əhalisi olan kiçik ölkəyik. Sabahkı oyunun favoriti Azərbaycandır. Yalnız nəticə barədə düşünmürük, həm də yaxşı oyun göstərmək istəyirik. Sabah azarkeşlərə pis komanda olmadığımızı göstərməyə çalışacağıq”.


Qeyd edək ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər