İdman

Millimizin baş məşqçisindən etiraf: "Litva ilə oyundan sonra xırda zədələr çox oldu"

30 Sep 2026, 20:24 3 baxış
Millimizin baş məşqçisindən etiraf: "Litva ilə oyundan sonra xırda zədələr çox oldu"
"Litva ilə oyundan sonra xırda zədələr çox oldu". Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan - Lixtenşteyn matçından əvvəl keçirilən mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib. O bildirib ki, millimizin hücumçusu Renat Dadaşov zədə səbəbindən sabahkı oyunda komandaya kömək edə bilməyəcək: "Renat Dadaşovu itirmişik. O, sabahkı oyunda bizə kömək edə bilməyəcək. Digər futbolçularda xırda zədələr var. Amma onların meydana çıxmasına mane olacaq səviyyədə deyil. Hər kəs oynamaq istəyir. Bu da bizi sevindirir". Baş məşqçi Zamiq Əliyevin milliyə dəvət olunmaması ilə bağlı da açıqlama verib: "Bütün futbolçular müsahibə verirlər və mən onları həmişə haqlı sayıram. Çünki hamısı milli komandada oynamaq istəyir. Amma görünür, Zamiq bizim seçimimizdən xəbərsizdir. Biz onun bütün oyunlarını izləmişik. Çempionat başa çatan kimi xaricdə çıxış edən futbolçuların da oyunlarına baxıram. Zamiqi də izləyirik. Söhbət Zamiqdən gedirsə, seçimlərimizi necə etdiyimizi də izah edim. Hazırda onun mövqeyində Anton Krivotsyuk, Rəhman Daşdəmirov və Murad Xaçayev var. Biz bu futbolçulara üstünlük vermişik. Bu isə Zamiqi bəyənmədiyimiz anlamına gəlmir. Gələcəkdə ona da dəvət göndərilə bilər. Zamiqlə şəxsi problemim yoxdur". Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda Azərbaycan - Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər