Dünya

Türkiyədə maliyyə şirkətləri ilə bağlı istintaq: Üç şübhəli üçün həbs tələb edildi

30 Sep 2026, 21:48 3 baxış
Türkiyədə maliyyə şirkətləri ilə bağlı istintaq: Üç şübhəli üçün həbs tələb edildi
Türkiyədə fond işi üzrə aparılan istintaq çərçivəsində məhkəməyə göndərilən altı şübhəlidən üçü barəsində həbs qətimkan tədbirinin, bir nəfər barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqi tələb olunub. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, şübhəlilər Sülh Cinayət Hakimliyinə göndəriliblər. Bundan əlavə, Bank Tənzimləmə və Nəzarət Agentliyi (BDDK) "Tera Yatırım Bank", "Destek Yatırım Bank", "Hedef Yatırım Bank", "Destek Finans Faktorinq" və "Tera Finans Faktorinq" şirkətlərinin idarəetmələrinin Əmanətlərin Sığortalanması Fonduna (TMSF) təhvil verilməsinə qərar verib.
Türkiyədə maliyyə şirkətləri ilə bağlı istintaq: Üç şübhəli üçün həbs tələb edildi
Mənbə oxu.az

Oxşar Xəbərlər