Digər

Qaçırıldığı deyilən təyyarə İsrailə eniş etdi, Netanyahu da...

30 Sep 2026, 21:30 4 baxış
Qaçırıldığı deyilən təyyarə İsrailə eniş etdi, Netanyahu da...

Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi təcili eniş etdiyi Səudiyyə Ərəbistanının Təbuk şəhərinin hava limanından İsrailin Ben-Qurion aeroportuna çatıb.


Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.


Məlumata görə, Baş nazir Benyamin Netanyahu sərnişinləri qarşılamaq üçün hava limanına getməlidir.


Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan “Flydubai” şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi üzə çıxıb.

Mənbə axar.az

Oxşar Xəbərlər