Digər
Azərbaycanın müdafiə sənayesi şirkətləri ADEX-də: Hərbi güc nümayişi - VİDEO
Bu gün Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilib. "ADEX" və "Securex Caspian" sərgilərinə 30 ölkədən 277 şirkət qatılıb. Sərgilərdə 14 ölkənin milli pavilyonu quraşdırılıb. Oxu.Az Azərbaycanın yerli müdafiə sənayesi şirkəti olan USH qrup və digər şirkətlərdən reportaj hazırlayıb. USH qrup Ordumuzun xüsusi təyinatlılarının sınaqları əsasında məhsullarını təkmilləşdirir və hazırlayır. Regionun böyük hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən "ADEX 2026" müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin qüdrətinin nümayişi baxımından mühüm rol oynayır. "ADEX" sərgisi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı isə "Caspian Event Organisers" şirkətidir. Reportajı təqdim edirik:
Mənbə
oxu.az