İdman
Rafael Fiziyev məğlubiyyətdən sonra reytinqdə gerilədi
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə məğlubiyyətdən sonra sıralamada da geriləyib. Oxu.Az xəbər verir ki, o, yüngül çəkinin reytinq cədvəlində 9-cu yerdən 11-ci sıraya enib. Fiziyevi məğlubiyyətə uğradan braziliyalı Ruffi isə beş pillə yüksələrək 9-cu yerin yeni sahibi olub. Qeyd edək ki, siyahıya İliya Topuriya başçılıq edir.
Mənbə
oxu.az