İdman

"Neftçi" "Qarabağ"ın təklifini qəbul etmədi

03 Feb 2026, 16:28 1 baxış
"Neftçi" "Qarabağ"ın təklifini qəbul etmədi
"Neftçi" klubu Misli Premyer Liqasının XXI turunda "Qarabağ"la ev oyununun təxirə salınması təklifini qəbul etməyib. Bu barədə Oxu.Az-a "Qarabağ" klubunun mətbuat xidmətindən məlumat verilib. "Komandamız tərəfindən UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl Yunayted"lə keçiriləcək oyun ərəfəsində, Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində fevralın 21-də keçirilməsi nəzərdə tutulan "Neftçi" - "Qarabağ" qarşılaşmasının təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət olunmuşdu. Lakin "Neftçi" klubunun etirazı nəzərə alınaraq, sözügedən müraciət qəbul edilməyib", - deyə məlumatda qeyd olunub. Beləliklə, 21 fevral saat 19:00-da "Palms Sports Arena"da matça çıxacaq "Qarabağ" klubu bir gün sonra "Nyukasl Yunayted"lə oyun üçün İngiltərə səfərinə yollanacaq. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər