İdman
İngiltərə Liqa Kubokunda London derbisi: "Arsenal" və "Çelsi" üz-üzə gəlir
İngiltərə Liqa Kubokunun yarımfinalının ikinci oyununda "Arsenal" öz meydanında "Çelsi" ilə qarşılaşacaq. Oxu.Az xəbər verir ki, ilk oyunda səfərdə 3:2 hesablı qələbə qazanaraq əhəmiyyətli üstünlük əldə edən Mikel Artetanın komandası öz azarkeşləri qarşısında bu üstünlüyü qorumağı və finala vəsiqə qazanmağı hədəfləyir. Digər tərəfdən Liyam Rosenyorun rəhbərliyi altında "Çelsi" son dövrlərdəki dirçəlişini bu çətin səfər oyununda geridönüşlə tamamlamağa və finalda "Uembli"də oynamaq arzusunu gerçəkləşdirməyə ümid edir. "Emirates Stadium"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İngiltərə Liqa Kuboku Yarımfinal 00:00, "Arsenal" - "Çelsi". "Emirates Stadium".
Mənbə
oxu.az